IQNA

15:46 - September 04, 2018
Xəbər sayı: 3483786
Yəhudilər dünən axşam Nablusun şimalındakı Burka kəndindəki bir evə hücum edib və evə tərəf atəş açıb.

Beynəlxalq Quran Xəbər Aagentliyi (IQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, yəhudilər dünən axşam Nablusun şimalındakı Burka kəndindəki bir evə hücum edib və evə tərəf atəş açıb.

 İordan çayının qərb sahilinin şimalındakı yəhudi məskunlaşmasını müşahidə edən Ğəssan Dağlas yəhudilərdən ibarət bir qrupun Camal Rza Seyfin evinə atəş açdığını bildirib.

Yəhudilərin hücum etdiyi evin Nablus və Cənin arasındakı yol yaxınlığında olduğu və hücumda hər hansı bir zədə meydana gəlmədiyi qeyd edilib.

Yerli mənbələr Camal Rza Seyfin evinə hücum edən yəhudilərin 13 il əvvəl boşaldılan Homeş yəhudi yaşayış məntəqəsi tərəfdən gəldiklərini bildirib.

 

Teqlər: Yəhudi ، Fələstin ، Quran ، iqna ، İsrail
Ad:
E-poçt:
* Comment:
* captcha: