IQNA

18:14 - September 07, 2018
Xəbər sayı: 3483801
Səudiyyə Ərəbistanın Təhsil nazirliyinin Cəddə əyalətinin Cəddə şəhərindəki təhsil şöbəsi bu ölkədə yaşayan suriyalı və yəmənli qız uşaqlarına dövlət məktəblərində təhsil almağı qadağan etdi.

Səudiyyə Yəmənli və Suriyalı şagirdləri məktəbdən məhrum etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-əxbar” informasiya portalına istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın Təhsil nazirliyinin Cəddə əyalətinin Cəddə şəhərindəki təhsil şöbəsi bu ölkədə yaşayan suriyalı və yəmənli qız uşaqlarına dövlət məktəblərində təhsil almağı qadağan etdi.

Bu barədə yəmənli sosial şəbəkə istifaçiləri Səudiyyə Ərəbistanın Təhsil nazirliyinin Cəddə əyalətinin Cəddə şəhərindəki təhsil şöbəsinin rəsmi sənədini paylaşıblar.

Sənəddə deyilir ki, suriyalı və yəmənli qız uşaqlarını təhsil xərcləri dövlət tərəfindən ödənilən məktəblərdə qəbul edilməsinlər, əgər oxumaq istəsələr, təhsil haqqını ödəsinlər.

Səudiyyə Ərəbistanında xüsusi məktəblərdə təhsil almaq üçün şagirdlər 1500-dən 5000-dək ABŞ dolları ödəməlidirlər. Bu isə qaçqın ailələrin uşaqları üçün təhsildən məhrum olmaq deməkdir.

Qeyd edək ki, BMT-nin üzv ölkələrlə 1951-ci ildə bağladığı müqavilənin qaçqınların müdafiəsi qanununun 22 bəndinə görə, qaçqın və köçkünlərə sığınacaq vermiş ölkələr qaçqınlarla öz vətəndaşları kimi davranmalıdırlar.    

http://iqna.ir/fa/news/3744649

Teqlər: iqna ، suriya ، yəmən ، təhsil ، ərəbistan
Ad:
E-poçt:
* Comment:
* captcha: