IQNA

11:34 - September 10, 2018
Xəbər sayı: 3483824
ABŞ prezidenti Donald Tramp Fələstin administrasiyasının münaqişənin nizamlanmasına “maneə” törətdiyini bəhanə edərək Fələstinə ayrılan 25 milyon dollar yardımın dondurulduğunu açıqlayıb.

ABŞ fələstində 5 milyon insanı ölümlə üz-üzə qoyurİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Tramp  Fələstin administrasiyasının münaqişənin  nizamlanmasına “maneə” törətdiyini bəhanə edərək Fələstinə ayrılan 25 milyon dollar yardımın  dondurulduğunu açıqlayıb. 

Maide.Az “AA” istinadla xəbər verir ki, Fələstin administrasiyası İsrail ilə danışıqlar masasına  oturmayacağı təqdirdə  bütün yardımlar  dayandırılacaq. 
 
Qeyd edək ki, artıq ABŞ hökuməti fələstində fəlaiyyət göstərən 6 xəstəxananın  humanitar yardımını dayandırıb.  Bu isə regionda fəaliyyət göstərən beynəlxalq həkimlər qrupunun etirazına səbəb olub. 
 
Bu arada Fələstinli həkimlər ABŞ-ın mövcud addımına görə narahatlıqlarını ifadə ediblər. Qeyd olunub ki, əgər yardımlar dayandırılarsa xəstəxanaların vəziyyəti daha da pisləşəcək, xüsusi ilə xəstəxanaların  təchizatı dayanacaq. Nəticədə isə  yüzlərlə insanın  ölümü və ağır duruma düşməsinə səbəb olacaq. 
 
Xatırladaq ki, analoji addım  Qərbi şəriyədə və Qəzzada yaşayan 5 milyon dinc fələstinlinin sosial durumunu  ağır vəziyyətə salır. 
Teqlər: iqna ، fələstin ، abş
Ad:
E-poçt:
* Comment:
* captcha: