IQNA

17:32 - September 14, 2018
Xəbər sayı: 3483856
Minlərlə körpə İmam Hüseynin (ə) körpəsinin xatirəsinə Kərbəlanın 6 aylıq şəhidi ilə səs-səsə verir və analar öz laylaları ilə Həzrəti Əli Əsğərin (ə) anası Həzrəti Rubabın kədərinə şərik olurlar.  

“İmam Hüseynin (ə) südəmər körpələri” mərasimi keçirilir - FOTOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, hər il olduğu kimi bu il də dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda “İmam Hüseynin (ə) südəmər körpələri” tədbirləri keçirilir.

Maide.Az "tasnimnews"a istinadən xəbər verir ki, hər il Məhərrəm ayının ilk cüməsində dünyanın beş qitəsində analar və uşaqlar öz ölkələrində bu mərasimi keçirir. Bu il dünyanın müxtəlif ölkələrində 4000-dən çox tədbir keçirilib.
 
Bu mərasimdə minlərlə südəmər körpə hüseyniyyələr və məscidlərdə Həzrəti İmam Hüseynin (ə) südəmər körpəsinin xatirəsinə Kərbəla çölünün 6 aylıq şəhidi ilə səs-səsə verir və analar öz laylaları ilə Həzrəti Əli Əsğərin (ə) anası Həzrəti Rubabın kədərinə şərik olurlar.  
 
 Xatırladaq ki, “İmam Hüseynin (ə) südəmər körpələri” adlı konfrans 2003-cü ildən Tehranda Məhdiyyədə Aşura dastanının reallıqlarını çatdırmaq və Həzrət Əli Əsğər (ə) şəhid olması mövzüsu ilə başlayıb və keçirildiyi bu illər ərzində insanlar tərəfindən  çox yüksək rəğbətlə qarşılanıb.
 
Artıq 15 ilə yaxındır ki, bu mərasim İranla yanaşı dünyanın 41 ölkəsində o cümlədən  Azərbaycan, Britaniya, Rusiya, Almaniya, Filipin, İndoneziya, Yəmən, Tacikistan, Miyanmar, Senqapur, Ukrayna,  Kəşmir, Livan, Banqladeş, Malazya, Tayland , Türkiyə, İraq və digər ölkələrdə keçirilir. 
  
Mərasimlə bağlı fotoları təqdim edrik:
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: