IQNA

18:36 - September 14, 2018
Xəbər sayı: 3483860
Ərəbistanın “Məlik Fəhəd” Qurani-Kərimin çapı və nəşri mərkəzi elan edib ki, keçən il dünyanın müxtəlif dillərinə tərcümə edilmiş 18 milyon Qurani-Kərim nüsxəsini müxtəlif ölkələrdə paylayıb.

Müxtəlif dillərdə 18 milyon Quran nüsxəsi paylanıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) BƏƏ-nin “əl-ittihad” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın “Məlik Fəhəd” Qurani-Kərimin çapı və nəşri mərkəzi elan edib ki, keçən il dünyanın müxtəlif dillərinə tərcümə edilmiş 18 milyon Qurani-Kərim nüsxəsini müxtəlif ölkələrdə paylayıb.

Qeyd edək ki, keçən il (1439-cu hicri-qəməri ili) dünyaya müxtəlif dillərdə on səkkiz milyon Quran nüsxəsi paylayan “Məlik Fəhəd” Qurani-Kərimin çapı və nəşri mərkəzi Səudiyyə Ərəbistanın Mədinə şəhərində yerləşir.

Bu mərkəzin hesabatında deyilir ki, mərkəz 1405-ci ildə təsis edilib və indiyədək (1439-cu hicri-qəməri ilinin Zil-Hiccə ayının sonunadək) 310 milyon Qurani-Kərim nüsxəsi çap və nəşr edib.  

http://iqna.ir/fa/news/3746474

Ad:
E-poçt:
* Comment:
* captcha: