IQNA

9:22 - September 17, 2018
Xəbər sayı: 3483878
Livanın Beyrut şəhərinin arxiyepiskopu Bulis Mətər şiələrin Məhərrəm ayında İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə keçirdikləri əzadarlıq mərasimində iştirak edib.

Beyrutun arxiyepiskopu Məhərrəmlik mərasimində iştirak edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livanın Beyrut şəhərinin arxiyepiskopu Bulis Mətər şiələrin Məhərrəm ayında İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə keçirdikləri əzadarlıq mərasimində iştirak edib.

Livanın Beyrut şəhərinin arxiyepiskopu Bulis Mətər dünən, həftənin bazar günü, 16 Sentyabr 2018-ci il, AŞURA məclislərinin birinci ongünlüyünün altıncı gecəsi əzadarlıq mərasiminə qatılıb.

Mərasimdə çıxış edən Livanın Beyrut şəhərinin arxiyepiskopu Bulis Mətər Kərbəla şəhidlərinin batil qarşısında mübarizəsinə işarə edərək dedi: Biz məsihilər İmam Hüseynin (ə) şəhadəti ilə Həzrət Məsihin (ə) çarmıxa çəkilməsi arasında çox oxşarlıq görürük. Onlar Hüseynin (ə) müqəddəsliyindən qorxdular və istədilər ki, onu ortadan götürsünlər. Həzrət İsa (ə) da məhəbbət, dostluq və səbiri insanlara öyrədirdi.

Beyrut şəhərinin arxiyepiskopu Bulis Mətərin və dövlət rəsmilərinin iştirak etdiyi bu məclis Livanın parlament rəisi Nəbih Bərinin tərəfindən Müsəylih rayonunda təşkil edilmişdi.   

http://iqna.ir/fa/news/3747569  

Ad:
E-poçt:
* Comment:
* captcha: