IQNA

7:29 - September 21, 2018
Xəbər sayı: 3483910
İran İslam Respublikasının Yaponiyanın paytaxtı Tokyo şəhərindəki Mədəniyyət Əlaqələri idarəsinin təşəbbüsü ilə “Quran məfhumları” yarışı İngilis və Fars dillərində keçiriləcəkdir.

Tokyoda “Quran məfhumları” yarışı keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Yaponiyanın paytaxtı Tokyo şəhərindəki Mədəniyyət Əlaqələri idarəsinin təşəbbüsü ilə “Quran məfhumları” yarışı İngilis və Fars dillərində keçiriləcəkdir.

Yarışlarda əsasən Yaponiyada yaşayan iranlı işçilər, ticarət adamları, tələbələr və digər müsəlmanlar iştirak edəcəklər. Əlbəttə bu yarışlarda dini və dilindən asılı olmayaraq hamı iştirak edə bilər.

Yarışlarda iştirak etmək istəyənlər İran İslam Respublikasının Yaponiyanın paytaxtı Tokyo şəhərindəki Mədəniyyət Əlaqələri idarəsinin rəsmi veb səhifəsinə www.tokyo.icro.ir müraciət edərək səhifənin sağ tərəfindəki menudan yarışların elanı posterini seçərək yarışın suallarını İngilis və Fars dilində əldə edə bilərlər.

İştirakçılar sualların cavablarını cari ilin Noyabr ayının 30-dək yarışların keçirilməsi komitəsinə göndərməlidirlər.

Yarışların qaliblərinə, yəni ilk beş yerin sahiblərinə iranlıların “Yelda” gecəsi mərasimində (22 Dekabr 2018) nəfis mükafatlar veriləcəkdir.

http://iqna.ir/fa/news/3748508

 

Ad:
E-poçt:
* Comment:
* captcha: