IQNA

23:17 - September 23, 2018
Xəbər sayı: 3483925
Amerikanın San-Fransisko şəhərində İslami moda sərgisi müxtəlif İslami ölkələrin iştirakı ilə öz işinə başlayıb. Sərgidə 60 İslami geyim dizayneri iştirak edir.

San-Fransiskoda İslami moda sərgisi başlayıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin Şənbə günü, 22 Sentyabr 2018-ci il, Amerikanın San-Fransisko şəhərində İslami moda sərgisi müxtəlif İslami ölkələrin iştirakı ilə öz işinə başlayıb.

San-Fransiskonun İncəsənət muzeyinin müsəlman xanımların geyim modaları barədə təşkil etdiyi sərgidə müxtəlif İslam ölkələrdən, o cümlədən Qətər, Türkiyə və İndoneziyadan olan 60 geyim dizayneri iştirak edir.

San-Fransiskonun İncəsənət muzeyin təşkil edilmiş sərgidə dünya millətlərinin, o cümlədən müsəlman xalqların ənənəsi, mədəniyyətləri və milli geyim adətləri nümayiş olunur.

Amerikanın San-Fransisko şəhərində keçirilən bu sərgi gələn ilin (2019) Yanvar ayının 6-dək davam edəcək və daha sonra Almaniyanın Franfurkt şəhərində təşkil olunacaqdır.

Qeyd edək ki, bu muzey qərb ölkələrinin çoxunda İslami geyimlərin qadağan edildiyi bir şəraitdə öz növündə ilk böyük sərgini təşkil etmişdir.

 http://iqna.ir/fa/news/3748906

Ad:
E-poçt:
* Comment:
* captcha: