IQNA

23:30 - September 24, 2018
Xəbər sayı: 3483935
Livan şiələrinin ictimai və siyasi tarixindən bəhs edən iki kitab çap və nəşr edilib. Bu kitabları Livanın “Darul-Vila” nəşriyyatı Beyrutda çap edib.

Livan şiələri barədə iki kitab nəşr edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Livan şiələrinin ictimai və siyasi tarixindən bəhs edən iki kitab çap və nəşr edilib. Bu kitabları Livanın “Darul-Vila” nəşriyyatı Beyrutda çap edib. “Livan şiələrinin siyasi münasibətləri və din alimləri 1900-cu ildən 1979-ci ilədək” adlanan 197 səhifə və səkkiz fəsildən ibarət olan bu kitabı Əli Rağib Heydər Əhməd qələmə almışdır.

Kitabda 13 nəfər nüfuzlu şiə aliminin həyatı nümunə olaraq önə çəkilmiş və şiə alimlərinin Livanın siyasi həyatındakı rolu və təsirindən danışlışmışdır.

Nəşriyyatın çap etdiyi digər kitab isə “Livan şiələrinin siyasi-ictimai tarixi” adlanır. Bu kitabı Ğəssan Taga qələmə almışdır. Üç fəsildən və 199 səhifədən ibarət olan bu kitabda Livan şiələrinin 1840-cı ildən 1920-ci ilə qədər ki, ictimai və siyasi tarixi təhlil edilmişdir. Kitabda Livanın şiə alimlərinin və siyasi şəxsiyyətlərinin həyat yolu işıqlandırılmış, Seyid Əbdülhüseyn Şərəfuddinin bəzi xütbələri verilmişdir.  

http://iqna.ir/fa/news/3749323

Teqlər: iqna ، livan ، livan şiələri
Ad:
E-poçt:
* Comment:
* captcha: