IQNA

4:31 - September 26, 2018
Xəbər sayı: 3483947
Tramp BMT -nin (Birləşmiş Millətlər Təşkilatı) baş assambleyasının 73-cü iclasındakı çıxışında dünya rəhbərlərindən İran İslam Respublikasını təkləmələrini, təcrid edərək sıxışdırmalarını istəyib.

Donald Tramp: Gəlin İranı təkləyək!İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  ABŞ-ın prezidenti Donald Tramp dünən, həftənin ikinci günü, 25 Sentyabr 2018-ci il, BMT -nin (Birləşmiş Millətlər Təşkilatı) baş assambleyasının 73-cü iclasındakı çıxışında dünya rəhbərlərindən İran İslam Respublikasını təkləmələrini, təcrid edərək sıxışdırmalarını istəyib.

Dünya ölkələrinin başçılarından İranı inzivaya sürükləməyi tələb edən Donald Tramp həm də İran İslam Respublikasını yeni sanksiyaları ilə təhdid edib.

ABŞ prezidenti yenə də məntiqsiz sözlər danışaraq iddia edib ki, İran İslam Respublikası  öz qonşuları ilə yaxş davranmır, onlara hörmət etmir və regionda anarxiya və çaxnaşma yaradır.

O həmçinin iddia edib ki, İran İslam Respublikası  “JCPOA”dan (The Joint Comprehensive Plan of Action) sui-istifadə edir və bundan öz raket müdafiə sistemini gücləndirmək üçün yararlanır.

Donald Tramp çıxşının digər bir hissəsində dünya ölkələrinin başçılarında istəyib ki, İran İslam Respublikası bu rəftarlarını dəyişməzsə, ABŞ-ın İranı inzivaya sürükləmək planında iştirak etsinlər.

Amerikanın “Ərəb Natosu” yaratmaq qərarından danışan Tramp deyib: Amerika və Fars Körfəzi ölkələri, İordaniya və Misrin həmkarlığı ilə Regional Strateji Koalisiya yaradaraq Orta Şəqr ölkələrinin təhlükəsizliyi, sabitliyi və çiçəklənməsinə kömək edəcəkdir.  

http://iqna.ir/fa/news/3750240

 

 

Teqlər: iqna ، tramp ، donlad ، bmt
Ad:
E-poçt:
* Comment:
* captcha: