IQNA

9:02 - September 27, 2018
Xəbər sayı: 3483952
ABŞ Dövlət Departamentinin hazırladığı hesabat Myanma ordusunun arakanlı müsəlmanlara qarşı zülmünün miqyasını ortaya çıxarıb.

Arakan hesabatı dəhşətli cinayətlərin miqyasını ortaya çıxardıIQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin hazırladığı hesabat Myanma ordusunun arakanlı müsəlmanlara qarşı zülmünün miqyasını ortaya çıxarıb.

Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, ABŞ hökuməti tərəfindən aparılan araşdırma, Myanma ordusunun arakanlı müsəlmanları ayrı-seçkilik etmədən hədəfə aldığını və koordinasiyalı bir zülm kampaniyası apardığını bir daha nümayiş etdirib.
 
Dövlət Departamenti son 2 ildə Myanmadakı şiddət hadisələrindən qaçıb, Banqladeşə sığınan mindən çox arakanlı müsəlman qaçqınlarla aparılan danışıqlara əsaslanaraq, hazırladığı hesabatda, Myanma ordusunun arakanlı müsəlmanlara qarşı ifrat zorakılıq tətbiq etdiyini qeyd edib.
 
20 səhifəlik hesabata görə, araşdırma çərçivəsində görüşülən arakanlılardan çoxu şahid olduqları cinayət və zorakılıq hadisələrinin 84%-nin ordu tərəfindən edildiyini bildirib.
 
Qaçqınlar Myanma təhlükəsizlik qüvvələrinin arakanlı müsəlmanları öldürmək, yaralamaq və evlərini yandırmaq üçün alov püskürdücülər və ya yanğın törədən silahlar istifadə etdiyini söyləyib.
 
Arakanlı müsəlmanlar şahid olduqları şiddət hadisələrini təcavüz, Qurani-Kərimin yandırılması, insanların başının və ya digər bədən üzvlərinin kəsilməsi, körpələrin və uşaqların döyülməsi və ya öldürülməsi, əsgərlərin doğuş vaxtı və ya doğuşdan sonra qadınlara və uşaqlarına hücum etməsi kimi halları sadalayıblar.
 
Hesabatda belə qeyd oplunub: “Araşdırma Arakan əyalətindəki zorakılığın ifrat, geniş miqyaslı, əhatəli və görünüşə görə həm xalqı terror etməyə, həm də ərazisindən uzaqlaşdırmaq istiqamətli olduğunu göz qabağına gətirdi”.
 
Teqlər: iqna ، arakan ، myanma
Ad:
E-poçt:
* Comment:
* captcha: