IQNA

9:29 - September 27, 2018
Xəbər sayı: 3483954
Bu gün səhər saatlarında işğalçı İsrail ordusu İordan çayının qərb sahilində yerləşən Fələstin rayonlarında 15 sakini evindən oğurlayıb.

İsrail ordusu Fələstin rayonlarında 15 sakini evindən oğurlayıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən səhər saatlarında işğalçı İsrail ordusu İordan çayının qərb sahilində yerləşən Fələstin rayonlarında 15 sakini evindən oğurlayıb.

Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, İsrail ordusu Rəmallah rayonunda sakinlərin evlərində və digər mülklərində zorakı axtarışlar aparıb.
 
İşğalçı ordu bildirib ki, əl-Cəlazun qaçqın düşərgəsində axtarış aparılarkən naməlum avtomobildən əsgərlərə tərəf qumbara atılıb, lakin xəsarət alan olmayıb.
 
İsrail ordusu əl-Xəlilin (Habrun) Surif qəsəbəsində fələstinli qadın yazıçı İsra Xızır Lafini də evindən çıxararaq həbs edib. İntensiv və zorakılıqla müşahidə olunan reydlər Beyt-Ula, Yətta məntəqələrini də əhatə edib, hərbçilər Habruna aparan yollara ağır bloklar düzərək nəqliyyatın hərəkətini iflic ediblər və gediş-gəlişi kəsiblər.
 
İşğalçı ordu tərəfindən evlərindən oğurlanmış 10 fələstinlinin şəxsiyyəti aşağıdakı kimi açıqlanıb:
Məhəmməd Nabil əl-Adil (Qalqiliyyə)
İsmail Cibril (Qalqiliyyə)
Rami Bədran (Tülkərm)
Mustafa Budeyr (Tülkərm)
Mötəsim Cavad Əbu Aliyə (Rəmallah, əl-Muğəyyir qəsəbəsi)
Mhəmməd Abid Əbu Aliyə (Rəmallah, əl-Muğəyyir qəsəbəsi)
İsra Xızır Lafi (Habrun, Surif)
Məhəmməd Samih Ğuneymət (Habrun, Surif)
Məhəmməd Heysəm Xətib (Qüds, Qalandiya qaçqın düşərgəsi)
Məhəmməd Nasir Möhsün (Qüds, Əbu Dis)
 
Ad:
E-poçt:
* Comment:
* captcha: