IQNA

İsrail həbsxanalarındakı fələstinli qadın məhbuslar mənəvi terrorla üz-üzədir

9:32 - September 27, 2018
Xəbər sayı: 3483955
Qadınların başı açıq rahat gəzə biləcəyi yerlərə müşahidə kameraları quraşdırılıb. Hətta məhbusələrin  gəzinti yerlərinə belə  onlarla kamera yerləşdirilib.  Bu isə  onların haqlı etirazına səbəb olub.

İsrail həbsxanalarındakı fələstinli qadın məhbuslar mənəvi terrorla üz-üzədirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sionist rejiminin HaSharon həbsxanasında saxlanılan fələstinli qadın məhbuslar ağır saxlanma şəraitinə etiraz ediblər. 

Maide.Az “AA” a istinadla xəbər verir ki,  istər qida, istər gigiyena tərəfindən ciddi problemlər yaşayan qadın məhbuslar  növbəti mənəvi terrorla üz-üzə qalıblar. 
 
Belə ki, qadınların başı açıq rahat gəzə biləcəyi yerlərə müşahidə kameraları quraşdırılıb. Hətta məhbusələrin  gəzinti yerlərinə belə  onlarla kamera yerləşdirilib.  Bu isə  onların haqlı etirazına səbəb olub.
 
Müxtəlif beynəlxalq hüquq təşkilatları qarşısında bununla bağlı  məsələ qaldırılsa da problem həllini tapmır.  
 
Qeyd edək ki, həbsxanalara müşahidə kameraları  3 il əvvəl yerləşdirilmişdir.  Ancaq  məhbusların və  beynəlxalq hüquq təşkilatların  etirazından sonra  üzərləri  parça ilə örtülmüşdü.  Sentyabr ayının 5-dən isə  sionist İsrail rejiminin həbsxana rəhbərliyi kamereların üzərindən parçaların götürülməsinə qərar verib. Bu tarixdən sonra isə  xanım məhbuslar  saxlanma otaqlarından çıxmamaqla  məsələyə etirazını bildirirlər. 
 
Xatırladaq ki, sionist rejim həbsxanalarında 52 fələstinli qadın məhbus var ki, onlardan 37-si HaSharon həbsxanasındadır. 
captcha