IQNA

12:23 - September 27, 2018
Xəbər sayı: 3483959
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Verilən məlumata əsasən, Lavrov, Çavuşoğlu və Zərif BMT-nin 73-cü Baş Assambleyası çərçivəsində bir araya gəlib.

Lavrov, Çavuşoğlu və Zərif İdlibi müzakirə etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya, Türkiyə və İran xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Cavad Zərif Birləşmiş Millətlər Təşkilatının (BMT) 73-cü Baş Assambleyası çərçivəsində üçtərəfli görüş keçirib.

Görüşdə İdlibdəki vəziyyət müzakirə olunub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Verilən məlumata əsasən, Lavrov, Çavuşoğlu və Zərif BMT-nin 73-cü Baş Assambleyası çərçivəsində bir araya gəlib.

Tərəflər İdlibdəki gərginliyi azaltma bölgəsində qurudakı vəziyyəti və Suriyadakı böhranın siyasi həlli üçün prosesi ətraflı şəkildə müzakirə edib.

Nazirlər Rusiya Prezidenti Vladimir Putin və Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə sammitdə verdiyi İdlibdeki vəziyyəti düzəltməyə yönəlik, terrorla mübarizə aparılarkən mülki vətəndaşların qorunmasını təmin etməyi hədəfləyən qərarı müsbət qiymətləndirib.

Tərəflər görüşdə bir daha ölkələrin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı çərçivəsində Suriya xalqının öz müqəddəratını təyin etməsini təmin edəcək, Cenevrədə Suriya konstitusiyası komissiyasının yaradılması və işlərinin başladılması istiqamətindəki qətiyyətini təsdiq edib.

Xatırladaq ki, Putin və Ərdoğan Soçidə İdlibdə silahsızlaşdırılmış zona yaradılması üzərində razılaşmışdı.  (eastnews)

Teqlər: iqna ، idlib ، zərif ، lavrov ، çavuşoğlu
Ad:
E-poçt:
* Comment:
* captcha: