İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqda 2 oktyabrda keçiriləcək prezident seçkilərində biri qadın olmaqla, 7 namizəd mübarizə aparacaq.
Bu barədə İraq parlamentindən yazılı açıqlama verilib. Açıqlamada namizədlərin Sərdar Abdullah, Sirva Əbdülvahid, Əbdüllətif Rəşid, Ömər əl-Bərzənci, Əbdülkərim Abtan əl-Cəburi, Bərhəm Salih ve Fuad Hüseyn olduğu bildirilib.
Son olaraq 30 sentyabra qədər namizədlər haqqında hər hansı bir etiraz edilmədiyi təqdirdə yekun siyahının dərc olunacağı qeyd edilib.