IQNA

12:05 - September 28, 2018
Xəbər sayı: 3483964
İŞİD-lə mübarizə məqsədilə yaradılan ABŞ rəhbərliyindəki beynəlxalq koalisiya İraq və Suriyadakı bombardmanlarında 1114 mülki vətəndaşın öldüyünü təsdiqləyib.

ABŞ koalisiyasının İraq və Suriyadakı əməliyyatlarında ölən mülki vətəndaşların sayı 1114-ə yüksəlibİQNA-nın (Beynəxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İŞİD-lə mübarizə məqsədilə yaradılan Birləşmiş Birgə Vəzifə Gücü-Təbii Qətiyyət Əməliyyatı (CJTF-OIR) ABŞ rəhbərliyindəki beynəlxalq koalisiya İraq və Suriyadakı bombardmanlarında 1114 mülki vətəndaşın öldüyünü təsdiqləyib.

CJTF-OIR aylıq mülki itki hesabatını açıqlayıb. Açıqlamada "Əldə edilən məlumatlar əsasında CJTF-OIR Təbii Qətiyyət Əməliyyatının başlanğıcından bu yana koalisiya hücumlarında təsadüfən 1114 mülki şəxsin öldürüldüyünü hesablayıb.

Ümumilikdə 310 hadisənin dosyesi isə hələ də açıqdır", - deyə bildirilib. Təbii Qətiyyət Əməliyyatı 2014-cü ilin avqustunda başlamışdı. Hesabatda o tarixdən bu yana koalisiyanın İraq və Suriyada 30 min 8 hücum təşkil etdiyi də açıqlanıb.

ABŞ rəsmilərinin etibarlı saydığı 8 ayrı hesabatın dəyərləndirilməsi nəticəsində koalisiyanın hücumları səbəbiylə 2018-ci ilin avqustunda azı 53 mülki vətəndaşın öldürüldüyü hesabatdakı məlumatlar arasındadır.

Qeyd edək ki, 70-dən çox üzvü olan ABŞ rəhbərliyindəki koalisiya İraq və Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlar aparır. Ancaq koalisiyanın İraqdakı hücumları İraq hökuməti ilə koordinasiyada aparıldığı halda, Suriyadakı hücumlar Bəşər Əsəd və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının razılığı olmadan aparılır

http://eastnews.az/news/29213

Ad:
E-poçt:
* Comment:
* captcha: