IQNA

əl-Əzhər: Qadınlara qarşı zorakılıq haramdır

9:58 - September 30, 2018
Xəbər sayı: 3483978
"əl-Əzhər" qadınlara qarşı pis rəftarların dayandırılması hədəfi ilə bəyaniyyə yayaraq qadınlara qarşı hər hansı bir zorakılığın, o cümlədən cinsi zorakılığın cinayət işi və haram olduğunu elan edib.

əl-Əzhər: Qadınlara qarşı zorakılıq haramdırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin "əl-Əzhər İslam Mərkəzi" qadınlar əleyhinə mənfi rəftarların dayandırılması hədəfi ilə bəyaniyyə yayaraq qadınlara qarşı hər hansı bir zorakılığın, o cümlədən cinsi zorakılığın cinayət işi və haram olduğunu elan edib.

Misrin bütün məscidlərinə camaat imamları təyin edən və cəmiyyətdə kifayət qədər ictimai nüfuza malik olan "əl-Əzhər İslam Mərkəzi" bu bəyaniyyə üçün "facebook" və "tyuret" sosial şəbəkələrindən istifadə edib.  

Dünyanın Ali Dini Mərkəzlərindən biri olan bu təşkilatın bəyaniyyəsində deyilir: Qadınlara qarşı həyata keçirilən zorakılıq halları hər şərait və hər məkanda cinayət sayılır. Cinsi cinayətlərin baş verməsində qadınları geyimlərinə və rəftarlarına görə təqsirkar hesab etmək sağlam düşüncə tərzi deyil. Cinsi zorakılıq qadınların şəxsi toxunulmazlığı, şəxsiyyəti və azadlığına hücum etmək deməkdir. Həmçinin cəmiyyətdə bu halların baş verməsi insanlarda təhlükəsizlik hissinin zəifləməsinə səbəb olur.

"əl-Əzhər İslam Mərkəzi" bəyaniyyədə qadınlara qarşı zorakılıq edənlər barədə sərt qanunların tətbiq edilməsini tələb edib və həmçinin müxtəlif dini və ictimai qrumlardan istəyib ki, cinsi zorakılığın zərər və ziyanları barədə xalqı maarifləndirsinlər.

Qeyd edək ki, Misrdə 2014-cü ildə təsdiq edilmiş qanuna əsasən cinsi zorakılığa görə cinayətkarlara 5 il həbs cəzası verilir. Amma İnsan Hüquqaları Gözətçisi Təşkilatının bildirdiyinə görə, bu qanuna çox az əməl edilir.

http://iqna.ir/fa/news/3751205  

captcha