IQNA

Qanada milli kilsənin tikilməsinə etiraz etdilər

6:21 - October 01, 2018
Xəbər sayı: 3483981
Ölkənin dini, ictimai, siyasi şəxsiyyətləri və mədəniyyət və incəsənət adamları kilsənin tikilməsinə etirazlarını bildirərək bu məsələni tənqid ediblər.

Qanada milli kilsənin tikilməsinə etiraz etdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qanada milli kilsənin tikilməsi məsələsi cəmiyyətdə narazıçılıq yaradıb.

Ölkənin dini, ictimai, siyasi şəxsiyyətləri və mədəniyyət və incəsənət adamları kilsənin tikilməsinə etirazlarını bildirərək bu məsələni tənqid ediblər.

Dövlətin xristian dini rəhbərlərinin təqdim etdiyi "milli kadetral"ın tikilməsi layihəsini qəbul etməsinin ardınca Qananın NPP siyasi partiyasının rəhbərləri dövlətin bu addımını "hakim təbəqənin iflası" adlandırıb.

Bu məsələyə etiraz edənlər deyirlər ki, nə üçün xalqın əksəriyyəti həddindən artıq kasıb olduğu, məişət çətinlikləri ilə və ağır borclar altında süründükləri bir vaxtda məktəb, kitabxana, xəstəxana tikmək və kasıbların müalicə məsələsi və oxumaları üçün pul ayırmaq yerinə "milli kilsə" tikirlər?! Təcili tibbi yardıma kömək etmək üçün kifayət qədər ambulansı olmayan bir dövlət üçün kilsə tikdirmək zəruri deyil.

Etirazçılar hətta dövlətin müsəlmanları Həccə ezam etməsi məsələsinə də etiraz ediblər. Onlar deyirlər ki, camaatın çoxu aclıq və səfalət içində yaşadığı bir vaxtda dövlət nə üçün Həcc ziyarəti üçün pul xərcləməlidir? Belə Həccə getmək dini zərurətdirmi?

Qeyd edək ki, 2018-ci ilin Mart ayında prezident tərəfindən qəbul edilən bu layihə milli məclisdə də ixtilafa səbəb olub.

Təqdim edilən "milli kilsə" layihəsinə əsasən tikiləcək bu kilsənin 5 min nəfərlik tutumu, İncil muzeyi və kilsə musiqisi təlim mərkəzi olacaqdır.

Eyni halda bəzi keşişlər də məsələyə tənqidi yanaşıblar. Onlar deyiblər ki, İncilin mətninə əsasən Allahın bəndələrin ona ibadət etməsi üçün bir yerə ehtiyacı yoxdur. Allah insanların qəlbində olmalıdır. Əgər insanların qəlbində Allah yoxdursa, bu cür layihələrin dinə və mədəniyyətə zərərdən başqa bir faydası yoxdur.

http://iqna.ir/fa/news/3751495

Teqlər: iqna ، qana ، kilsə ، came ، həcc
captcha