IQNA

Minskdə "Belarusiya və Müqəddəs Kitab" sərgisi keçirilir

5:26 - October 02, 2018
Xəbər sayı: 3483988
Belarusiyanın paytaxı Minskin Milli Kitabxanasının muzeyində "Belarusiya və Müqəddəs Kitab" sərgisi keçirilir. Bu sərgi cari ilin Sentyabr ayının 20-də başlayıb və Oktyabr ayının 21-dək davam edəcəkdir.

Minskdə İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, Belarusiyanın paytaxı Minskin Milli Kitabxanasının muzeyində "Belarusiya və Müqəddəs Kitab" sərgisi keçirilir. Bu sərgi cari ilin Sentyabr ayının 20-də başlayıb və Oktyabr ayının 21-dək davam edəcəkdir.

Sərgidə ilk dəfə olaraq müxtəlif ölkələrin və müxtəlif dinlərin müqəddəs kitablarının qədim əlyazma nüsxələri nümayiş edilir. Həm də incəsənət əsərləri olan nüsxələrdən bəzilərinin qiyməti milyonlar avro dəyərindədir.

Sərgidə nümayiş olunan ən qədim əlyazma nüsxə Şumerlərin xətti ilə yazılıb və 4 min ildən 5 min ilədək tarixi olduğu deyilir.

Nümayişə çıxarılmış digər qiymətli əsər isə yunanlı kor şair Homerin "İliada" şerindən papirus üzərinə yazılmış bir parçadır. Miladdan bir əsr öncə yazılmış bu "İliada"ın mətni qədim Yunanda "müqəddəs kitab" kimi tanınırdı.

Sərgidə Belarusiya xalqının mədəni irslərindən "tövrat", "incil" və "rəsullar" kitablarının 17-21 əsrlərə aid nüsxələri nümayiş olunub.

http://iqna.ir/fa/news/3751655

 

captcha