IQNA

6:18 - October 02, 2018
Xəbər sayı: 3483992
ünya şöhrətli şair, arif, sufi və "rumi" və "mövləvi" ləqəbləri məşur, hicri-qəməri tarixi ilə 7-ci əsrdə yaşamış Mövlana Cəlaləddin Məhəmməd Bəlxinin anım mərasimi keçirilib.

Bəlx universitetində Mövlananın anım mərasimi keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünya şöhrətli şair, arif, sufi və "rumi" və "mövləvi" ləqəbləri məşur, hicri-qəməri tarixi ilə 7-ci əsrdə yaşamış Mövlana Cəlaləddin Məhəmməd Bəlxinin anım mərasimi keçirilib.

Hər il Sentyabr ayının 30-u əfqanıstanlı farsilli şair arif, sufi və "rumi" və "mövləvi" ləqəbləri məşur Mövlana Cəlaləddin Məhəmməd Bəlxinin anım mərasimi keçirilir. Bu il də həmin münasibət ilə İran İslam Respublikasının Əfqanıstanın Məzar Şərif şəhərindəki Mədəniyyət Əlaqələri İdarəsinin həmkarlığı ilə Bəlx universitetinin Fars dili və ədəbiyyatı institutunun "İranşünaslıq fakültəsi"ndə mərasim keçirilib.

Bəlx universitetinin Fars dili və ədəbiyyatı institutunun rəisi Ədülhəmid Savab bu mərasimin keçirilməsini alim, ədib, şair və alimlər qarşısında olan vəzifənin müasir nəsil tərəfindən yerinə yetirilməsi və həmçinin gənc nəsil üçün Mövlananın şəxsiyyət və təfəkkürünün tanınması hesab edib.

Mərasimdə İran İslam Respublikasının Məzar Şərifdəki Mədəniyyət Mərkəzinin rəisi Hadi Müfaviq, Bəlxin Ədəbiyyat və Mövlanaşünaslıq ustadı Əsədullah Haris, Bəlx universitetinin rəisi Məhəmməd Saleh Rasix, Fars dili və ədəbiyyatı ustadı Feyzullah Nəsiri və digərləri iştirak və çıxış ediblər.

Bəlxin Ədəbiyyat və Mövlanaşünaslıq ustadı Əsədullah Haris çıxışında vurğulayıb: Mövlananın təfəkküründə ən mühüm sütun "insan"dır. Mövlana istəyir ki, insanı dərin səhralar və dar və qorxulu keçidlərdən keçirərək təhzib etsin, nəfsini saflaşdırsın. Buna görə də Mövlananın dünyagörüşünün mərkəzi "insan"dır.    

http://iqna.ir/fa/news/3751755

بزرگداشت مولانا در دانشگاه «بلخ» افغانستان

Teqlər: iqna ، mövlana ، bəlx ، sufi
Ad:
E-poçt:
* Comment:
* captcha: