IQNA

9:22 - October 06, 2018
Xəbər sayı: 3484002
Ərəbistanın baş müftisi qardaşı oğlunun dini elmlər fakültəsinin dosenti təyin edilməsi üçün səud vəliəhdi Muhəmməd bin Salmandan vasitəçilik etməsini istəyib.

Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA) Sahartv-yə istinadla xəbər verir ki, Əlvətən qəzeti Ərəbistanın baş müftisi Əbduləziz Ali-Əlşeyxin məktubunun mətnini yayaraq, bildirib: Ərəbistan baş müftisi bu məktubda öz qardaşı oğlunu tərifləmək üçün yazıb ki, qardaşı oğlu Əbduləziz bin Əbdulməlik Ali-Əlşeyx mötədil və Ali-Səuda tamamilə vəfadar olan bir şəxsdir.

Əlvətən qəzeti yazır: Ərəbistan baş müftisinin məktubu göstərir ki, Ərəbistanda korrupsiya miqyası nə qədər genişlənibdir.

Ərəbistan baş müftisinin bu vasitəçiliyi istəməsi elə bir halda ifşa olunur ki, Ərəbistan statistika mərkəzi cari milad ilinin birinci rübündə bu ölkədə orta işsizlik səviyyəsini 12,9 faiz elan edibdir.

 

Ad:
E-poçt:
* Comment:
* captcha: