Ötən gün işğalçı İsrail ordu qüvvələri Qəzzada blokadaya etiraz olaraq keçirilən "Böyük qayıdış" yürüşünün iştirakçılarını atəşə tutub.
IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsrail Qəzzada keçirilən dinc aksiyada 3 fələstinli şəhid etdi, 120-dən çox fələstinli yaralandı. Yaralılardan 10-u qadın, 30-u isə uşaqdır. Yaralanmış fələstinlilərdən 7-sinin vəziyyəti ağırdır.