İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Taliban terrorçuları Əfqanıstanın Qəndahar əyalətində bir neçə kəndə hücum ediblər. Bu hücumlarda 3 qadın və 1 uşaq öldürülüb.
Əfqanıstan informasiya agenltiyinin məlumatına görə, Taliban terrorçuları Əfqanıstanın Qəndahar əyalətinin Xuqyani, İsahzi və Ləsvali kəndlərinə hücum ediblər. Terroristlər dövlət silahlı qüvvələrinin müqaviməti ilə üzləşdikdən sonra geri çəkiliblər.
Milli polis nəfərləri terroristlərlə döyüşmək üçün hərbi hava qüvvələrindən kömək istəyiblər.
Terrorçuların sivil vətəndaşların evlərində gizlənməsi hava hücumları zamanı sivillərə çoxlu zərər dəyməsinə səbəb olub. Bu hücumdə üç qadın, bir uşaq ölüb və 7 qadın və 1 uşaq ağır yaralanıb.
Döyüş zamanı Taliban terrorçularından səkkiz nəfəri məhv edilib. Terrorçu nüsürlərin üç nəfəri Pakistanlı olub.
Qeyd edək ki, Qəndahar şəhəri Qəndahar əyalətinin mərkəzidir və Əfqanıstanın cənubunda yerləşir. Qəndahar əhali sayına görə, Əfqanıstanın ikicni ən böyük şəhəridir.