İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qətərin 25-ci beynəlxalq "Şeyx Casim" Qurani-Kərim yarışlarına qeydiyyat gələn həftədən başlayır.
Qətərin İslami işlər və vəqflər nazirliyinin elan edib ki, yarışlara qeydiyyat Okyabr ayının 9-dan 11-dək hər gün yerli vaxtla saat 8:00-dan 12:00-dək və günün ikinci yarısında saat 16:00-dan 20:00-dək davam edəcəkdir.
Qeydiyyat yerli vətəndaşlar və ya göstərilmiş tarixdə Qətərdə oturum icazəsi olanlar üçün "Adbullah ibn Zeyd Ali Məhmud" salonunda aparılacaqdır.
Yarışlar üç qrup üzrə keçiriləcəkdir. Birinci qrupda Qətərin yerli sakinləri Qurani-Kərimin 5, 10, 15, 20 və 25-ci cüzlərdən birini əzbər bilənlər iştirak edəcəklər.
İkinci qrupda məscid imamları, müəllimlər, azançılar və məşhur Quran qariləri yarışacaqlar. Bu qrupda yarışanlar digər yarışlarından qaliblərindən olmamalıdırlar. Həmçinin qrupda iştirak edənlər Qurani-Kərimin bütün surələrini təcvid qaydaları əsasında və lüğətlərinin mənası ilə bilməlidirlər.
Üçüncü qrupda isə Qətərdə qanuni yaşamaq hüququ olan hər bir kəs iştirak edə bilər.
Yarışlarda iştirak edənlər ya Qətərin vətəndaşı olmalıdırlar və oturum icazələri olmalıdır. Həmçinin qeydiyyat üçün pasport ya şəxsiyyət vəsiqəsi və ən yeni fotolarını komitəyə təqdime etməlidirlər.