İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Banqladeşdəki qaçqın sığınacaqlarında yaşayan azyaşlı uşaqlar Quran oxumağı və İslam maarifini öyrənirlər. Bu, onlara dini və milli kimliklərini və mədəniyyətlərini qorumaqda kömək edir.
Banqladeşin qaçqın düşərgəsindəki Bambu çubuqlarından tikilmiş bir alaçıqda ağ papaqlı bir neçə oğlan və 8 yaşında Səlimə adlı qız Quran oxumağı öyrənirlər.
Sinifdə öndə oturan Səlimə iki qardaşı Quran oxuyurlar Səlimə deyir ki, "mən bura Quran oxumağı öyrənmək üçün gəlirəm. Anam mənə və qardaşlarıma gələcəkdə yaxşı insan olmaq üçün Quran oxumağı öyrənməyi tövsiyə edir".
Bu qaçqın düşərgələrində münəzzəm şəkildə məktəb fəaliyyətləri qadağan olduğu üçün uşaqlar təkcə öz çadırlarında bir neçə nəfərin iştirakı ilə kiçik Quran kursları təşkil edirlər.
Əlbəttə qaçqın düşərgəsində fəaliyyət göstərən məscidlərdə bəzən 400 nəfərə qədər uşaq Quran dərsləri oxuyurlar. Bu dərslər Banqal, Ərəb, Urdu, İngilis və Ruhingiyalı dillərində tədris edilir.
Qeyd edək ki, keçən il Myanma qoşunları Raxində yaşayan müsəlmanların evlərini yandırmış, müsəlmanları amansızcasına qətliam etmiş, həmçinin müsəlmanların məktəb və məscidlərini yerlə yeksan etmişdi. Bu cinayətlərin ardınca 700 min nəfər ruhingiyalı Banqladeşə sığınmışdı.