IQNA

Dini rəhbərlərin konfransının keçirilməsi komitəsi təşkil edildi

8:18 - October 10, 2018
Xəbər sayı: 3484025
Qədim dünya dinlərinin rəhbərlərinin konfransının keçirilməsi katibliyi və katibliyin işçi qrupu İran İslam Respublikasının iştirakı ilə Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil edildi.

Dini rəhbərlərin konfransının keçirilməsi komitəsi təşkil edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, qədim dünya dinlərinin rəhbərlərinin konfransının keçirilməsi katibliyi və katibliyin işçi qrupu İran İslam Respublikasının iştirakı ilə Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil edildi.

Katiblik həftənin birinci günü, 8 Oktyabr 2018-ci il, Qazaxıstanın Sosial İnkişaf Nazirinin müavini Berik Arin, Qazaxıstanın Xarici İşlər Nazirinin müavini Yercan Aşıkbayovun iştirakı ilə Astana şəhərinin "Reksus" hotelində öz işinə başlayıb.

Katibliyin təşkil olunması iclasında Qazaxıstan, Vatikan, Rusiya, Ərəbistan, Amerika, Misr, Hindistan, Çin və Koreyanın dini və məzhəbi nümayəndələri iştirak ediblər.

Bu iclasda İran İslam Respublikasını Höccətul-İslam vəl-müslimin Məhəmməd Mehdi Təsxiri (İslami Təbliğat və Əlaqələr Təşkilatının dinlər və mədəniyyətlərarası dialoq mərkəzinin rəisi) və Məsud Şeyx Zeynuddin (İran İslam Respublikası Astanadakı Mədəniyyət Mərkəzinin rəisi) təmsil ediblər.

İclasda "dünyanın qədim dinlərinin rəhbərlərinin 6-cı iclası"nın keçirilməsi və iclasın natiqləri, mövzu və proqramları, "dini rəhbərlər məclisi"nin təşkil edilməsi" və "dini rəhbərlərinin 3-cü iclası"nın proqramları barədə müzakirələr edilib.

Həmçinin bu iclasda alt komitələrin rəisləri, təyin edilmiş mövzuların natiqləri, yekun bəyaniyyənin layihəsi və konfransın keçiriləcəyi tarix bəlli edilib.

Qeyd edək ki, Dini Rəhbərlərin Konfransı Katibliyinin 18-ci iclası gələn ilin Mart-Aprel aylarında və Dini Rəhbərlərin 7-ci konfransı 2021-ci ilin yazında keçiriləcəkdir.   

http://iqna.ir/fa/news/3754214

captcha