IQNA

16:22 - October 18, 2018
Xəbər sayı: 3484076

Səudiyyə Ərəbistanı qüvvələri Qətif bölgəsinə hücum edib

Səudiyyə Ərəbistanın təhlükəsizlik qüvvələri şiələrin məskunlaşdığı Qətif bölgəsinə hücum edib, odlu silahlardan istifadə edərək partlayışlar törədib.

Səudiyyə Ərəbistanı qüvvələri Qətif bölgəsinə hücum edib

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın təhlükəsizlik qüvvələri şiələrin məskunlaşdığı Qətif bölgəsinə hücum edib.

Səudiyyə Ərəbistanda  sosial şəbəkə fəalları Qətif şəhərində keçirilən əməliyyatın 12 saat davam etdiyini bildirir.   

 Təhlükəsizlik qüvvələri bir neçə küçəni bağlayıb. Atışma baş verib. Səudiyyə rejim qüvvələri  bir neçə evi yandırıb. 

captcha