IQNA

Taliban Əfqanıstanın SÜLH konfransında iştirak edəcək

9:04 - November 04, 2018
Xəbər sayı: 3484106
Məlumatda deyilir ki, Talibanın da qatılacağı bu konfrans iştirak edən tərəflərin xüsusi nümayəndələri və xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcəkdir.

Taliban Əfqanıstanın SÜLH konfransında iştirak edəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, gələn həftənin Cümə günü, 18 Noyabr 2018-ci il, Əfqanıstanın Moskvada keçiriləcək SÜLH konfransında ilk dəfə olaraq Taliban da iştirak edəcəkdir.

Bu barədə dünən, həftənin Şənbə günü, Rusiyanın xarici işlər naziriliyi öz rəsmi saytında məlumat yayıb.

Məlumatda deyilir ki, Talibanın da qatılacağı bu konfrans iştirak edən tərəflərin xüsusi nümayəndələri və xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcəkdir.

Əfqanıstanın SÜLH konfransında Çin, Hindistan, Pakistan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Amerika və Rusiya iştirak edəcəklər.

Əşrəf Ğəni (Əfqanıstanın prezidenti) SÜLH Ali Şurası heyətini və Taliban da öz siyasi ofisinin nümayədələrini bu konfransa ezam edəcəkdir.

http://iqna.ir/fa/news/3760961

captcha