İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın "Max Planck İnstitutu"nda "Qanun, İslam və İnsanşünaslıq" mövzusunda iki günlük toplantı keçiriləcəkdir.
"Max Planck İnstitutu"nun informasiya portalının yaydığı məlumatda bildirilir ki, bu toplantıda qədim və ənənəvi ailə qanunları, ticarət məsələləri, həmçinin gündəlik həyatda əxlaqi və etik normalar məfhumu kimi yeni fenomenlər müzakirə ediləcəkdir.
Toplantıda iştirak edən tədqiqatçılar İslam dünyasında fəaliyyət göstərən aktiv antropologlar, İslami ölkələrdə yaşamayan müsəlman ailələrində ailə qanunları, İslami fiqhin qanun boşluqlarının doldurulmasında istifadəsi, müasir məhkəmələrdə İslami fiqh qanunlarından istifadə etmək (Mərakeş, Misr və İndoneziya) və sair mövzularda çıxış edəcəklər.
"Qanun, İslam və insanşünaslıq" toplantısı cari ayın 9 və 10-da, Almaniyanın Munix şəhərinin "Max Planck İnstitutu"nda "Ərəb ölkələri qanunları və İslam şəritəinin araşdırılması müəssisəsi" və "Orta Şərqdə hüquq və İslam şəriətinin araşdırılması müəssisəsi"nin həmkarlığı ilə keçiriləcəkdir.