İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransalı yazar və araşdırmaçı xanım Sabrina Leon Mervin yeni tədqiqat işini dünyanın hər il keçirilən ən böyük dini toplantısı və piyada yürüşü sayılan İmam Hüseynin (ə) ƏRBƏİN ziyarətinə həsr edib.
Fransalı yazar və araşdırmaçı xanım Sabrina Leon Mervin bu barədə deyib: Mən İmam Hüseyn (ə) ƏRBƏİN ziyarəti barədə yeni araşdırma başlamışam və İraqa səfərim də bu məqsədlədir.
O əlavə edib: Məni bu barədə araşdırmaya vadar edən hər il İraqın cənubundan Kərbəla səmtinə hərəkət edən insan izdihamı və böyük piyada yürüşüdür ki, biz buna təkcə meidada tamaşa edirik.
Xristian araşdırmaçı vurğuladı: Mən bundan öncə "İslam tarixi" adlı kitab yazmışam. Bu kitabda İslami məzhəbləri və İslam təlimlərinin əsas prinsiplərini araşdırmışam. ƏRBƏİN barədə olan araşdırmam da bu kitaba əlavə ediləcəkdir.
Qeyd edək ki, Fransalı yazar və araşdırmaçı xanım Sabrina Leon Mervin 1958-ci ildə anadan olmuşdur. O, hazırda Parisin "ixtisaslaşdırılmış dini araşdırmalar müəssisəsi"nin müdiridir. "Hüseyn və İslam şəriəti", "İslam tarixi" və "Şiəlikdə islahatçılıq" adlı kitabların müəllifidir.