IQNA

Kəbənin pərdəsini oğurlamaq istədilər – Foto

21:46 - November 09, 2018
Xəbər sayı: 3484140
Misrin Dimyat şəhərinin dəniz limanı kömrüyünün təhlükəsizlik qüvvələri KƏBƏ evinin pərdəsindən kəsilmiş dörd hissədən ibarə olan parçanı Mərakeşə aparmaq istəyən qaçaqçıları saxlayıb.

Kəbənin pərdəsini oğurlamaq istədilər – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Dimyat şəhərinin dəniz limanı kömrüyünün təhlükəsizlik qüvvələri KƏBƏ evinin pərdəsindən kəsilmiş dörd hissədən ibarə olan parçanı Mərakeşə aparmaq istəyən qaçaqçıları saxlayıb.

Misrin İslami əsərlərin qorunması komitəsinin mütəxəssisləri bu barədə deyiblər: Gəmidən boşaldılan konteynerlərdən biri XR aparatı ilə yoxlanılarkən məlum olub ki, həmin konteynerdə KƏBƏ evinə məxsus 4 ədəd qədim parça da yerləşdirilib.

KƏBƏ evinə məxsus olan bu pərdələr dəmir iplərlə tikilib və üzərinə Quran ayələri yazılmışdır.

Məlumatda deyilir ki, həmin konteynerdə mərmər daşları, qədimi çılçıraq, taxtadan hazırlanmış qədimi mebel dəsti, Quran ayələri ilə bəzədilmiş seramik qablar və digər qiymətli əşyalar kəşf edilmişdir.

http://iqna.ir/fa/news/3762338  

 تلاش ناکام برای قاچاق پرده کعبه
 
تلاش ناکام برای قاچاق پرده کعبه
 
تلاش ناکام برای قاچاق پرده کعبه
 
Teqlər: iqna ، kəbə ، pərdə ، misr ، qaçaq
captcha