IQNA

11:20 - November 10, 2018
Xəbər sayı: 3484144
Həbs edilənlər arasında 74 uşaq və 15 qadın da var. Bu barədə fələstinli məhbusların hüquqlarının müdafiəsi ilə məşğul olan üç müxtəlif təşkilatın ortaq hesabatında deyilir.
İşğalçı İsrail rejimi oktyabr ayında 511 fələstinlini həbs edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğalçı İsrail rejimi oktyabr ayında ümumilikdə 511 fələstinlini həbs edib.
Həbs edilənlər arasında 74 uşaq və 15 qadın da var. Bu barədə fələstinli məhbusların hüquqlarının müdafiəsi ilə məşğul olan üç müxtəlif təşkilatın ortaq hesabatında deyilir.
Fələstinli Məhbuslar Cəmiyyəti (FMC), "Addameer" və Məhbuslar və Keçmiş Məhbusların İşləri üzrə Fələstin Komitəsinin birgə hesabatında qeyd olunur ki, oktyabr məhbuslarının 100-ü Tülkərm, 91-i işğal altındakı Şərqi Qüds, 75-i Habrun (əl-Xəlil), 61-i Rəmallah, 45-i Nablus, 44-ü Cenin, 28-i Qalqiliyyə, 26-sı Beytləhm, 12-si Qəzza sektoru, 10-u Tubas, 10-u Əriha və 9-u Salfit sakinləridir.
İşğalçı rejim oktyabr ayında 73 inzibati həbs qərarı çıxarıb ki, onların 42-si yeni həbs edilənlərlə bağlıdır. Bununla İsrail zindanlarında inzibati qaydada məhbus həyatına məhkum edilmiş fələstinlilərin sayı 430 nəfərə çatıb.
Hesabatda, həmçinin qeyd olunur ki, hazırda təxminən 6 min fələstinli İsrail zindanlarında saxlanılır. Onların 52 nəfəri qadındır və məhbus qadınlar arasında bir azyaşlı qız da var. Həbs həyatı yaşayan 270 uşağın 50 nəfərinin yaşı 16-dan aşağıdır.
Teqlər: iqna ، fələstin ، qəzzə ، qəzza ، israil ، sionist
Ad:
E-poçt:
* Comment:
* captcha: