İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Dəqhəliyyə əyalətinin yeniyetmə Qurani-Kərim hafizləri sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) mübarək mövludu münasibəti ilə keçirilən mərasimdə mükafatlandırılıblar.
"Müstəqbəlul-Vətən" partiyası tərəfindən Dəqhəliyyə əyalətinin "Mit-Salsil" şəhərində keçirilən bu mərasimdə 324 nəfər yeniyetmə Qurani-Kərim hafizinə 26 min Misr pondu dəyərində nəfis hədiyyələr və təltifnamə verilib.
Peyğəmbərin (s) mübarək mövludu və Quran hafizlərinin mükafatlandırılması hədəfi ilə keçirilən bu mərasimdə 1500 nəfər vətəndaş, dini, siyasi və ictimai şəxsiyyətlər iştirak edib.