İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin Cüməaxşamı günü, 29 Noyabr 2018-ci il, Yəmənin Vəqflər Nazirinin iştirakı ilə Mərəb əyalətində keçirilən mərasimdə ölkənin müxtəlif əyalətlərindən Qurani-Kərim hafizi olan 44 xanım mükafatlandırılıb.
Qurani-Kərimin hafizi olan 44 nəfər xanım Quran sahəsində göstərikləri fəaliyyətlərə görə, Yəmənin Vəqflər Naziri Əhməd Ətiyyə tərəfindən mükafata layiq görülüblər.
Mərasimdə çıxış edən Vəflər Naziri xanımlarının fəaliyyətlərinə görə təşəkkürlərini bildirib və vurğulayıb ki, yəmənli qadınların ailələri və cəmiyyətin inkişafı üçün çəkdikləri zəhmət təqdirə layiqdir.
O əlavə edib: Yəmən dövləti kişilər qədər qadınların da fəaliyyətlərini qiymətləndirir. Qadınların bütün zəhmətlərinə, xüsusi ilə də gələcək nəslin tərbiyəsinin onların öhdəsinə düşməsinə görə, qadınlara xüsusi diqqət ayırır.