IQNA

23:52 - December 02, 2018
Xəbər sayı: 3484275
Sudanın Xartum şəhərində "10-cu Beynəlxalq Xartum Mükafatı Qurani-Kərim yarışları" dünyanın 60 ölkəsinin iştirakı ilə keçiriləcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Sudanın Xartum şəhərində "10-cu Beynəlxalq Xartum Mükafatı Qurani-Kərim yarışları" dünyanın 60 ölkəsinin iştirakı ilə keçiriləcəkdir.

Bu barədə Sudanın "10-cu Beynəlxalq Xartum Mükafatı Qurani-Kərim yarışları"nın keçirilməsi komitəsinin müdiri Əli Zeyn Məbruk xəbər verib.  

Mətbuata açıqlama verən Əli Zeyn Məbruk deyib: Bu yarışlar gələn ilin (2019) Yanvar ayının 7-də, həftənin birinci günü, Xartumun "Riyaz" rayonunun "Darul-Quranil-Kərim" mərkəzində başlayacaq və həmin həfətnin Şənbə gününədək (12 Yanvar 2019-cu il) davam edəcəkdir.  

Əli Zeyn Məbruk vurğulayıb: Dünyanın 60 ölkəsindən olan qadın və kişinin iştirakı ilə keçiriləcək yarışların yekun mərasimi həmin həftənin bazar günü, 13 Yanvar 2019-cu il, Sudanın prezidenti Ömər əl-Bəşirinin iştirakı ilə keçiriləcəkdir.

Qurani-Kərimin kamil hifzi və 21-ci cüzinin təfsiri üzrə keçiriləcək yarışların hakimlər heyətinə Seneqaldan Şeyx Məhəmməd Həsən Busu başçılıq edəcəkdir.

http://iqna.ir/fa/news/3768862

Teqlər: Quran yarışları ، Sudan ، Sudan ، Xartum ، Xartum
Ad:
E-poçt:
* Comment:
* captcha: