İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Sudanın Xartum şəhərində "10-cu Beynəlxalq Xartum Mükafatı Qurani-Kərim yarışları" dünyanın 60 ölkəsinin iştirakı ilə keçiriləcəkdir.
Bu barədə Sudanın "10-cu Beynəlxalq Xartum Mükafatı Qurani-Kərim yarışları"nın keçirilməsi komitəsinin müdiri Əli Zeyn Məbruk xəbər verib.
Mətbuata açıqlama verən Əli Zeyn Məbruk deyib: Bu yarışlar gələn ilin (2019) Yanvar ayının 7-də, həftənin birinci günü, Xartumun "Riyaz" rayonunun "Darul-Quranil-Kərim" mərkəzində başlayacaq və həmin həfətnin Şənbə gününədək (12 Yanvar 2019-cu il) davam edəcəkdir.
Əli Zeyn Məbruk vurğulayıb: Dünyanın 60 ölkəsindən olan qadın və kişinin iştirakı ilə keçiriləcək yarışların yekun mərasimi həmin həftənin bazar günü, 13 Yanvar 2019-cu il, Sudanın prezidenti Ömər əl-Bəşirinin iştirakı ilə keçiriləcəkdir.
Qurani-Kərimin kamil hifzi və 21-ci cüzinin təfsiri üzrə keçiriləcək yarışların hakimlər heyətinə Seneqaldan Şeyx Məhəmməd Həsən Busu başçılıq edəcəkdir.