IQNA

Seyid Həsən Nəsrullah:
7:55 - December 03, 2018
Xəbər sayı: 3484276
İslami Müqavimət Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah bir videomüraciətlə Ərəb və İbri dillərində sionist İsrail rejiminə xitabla dedi: Ey sionistlər, əgər cəsarət etsəniz, peşiman olacaqsınız!

Ey sionistlər, əgər cəsarət etsəniz, peşiman olacaqsınız!İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livanın İslami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nəsrullah bir videomüraciətlə Ərəb və İbri dillərində sionist İsrail rejiminə xitabla dedi: Ey sionistlər, əgər cürət və cəsarət etsəniz, peşiman olacaqsınız!

Sioist və işğalçı İsrail rejimini təhdid edən bu videomüraciəti Livanın İslami Müqavimət Hərəkatının (HİZBULLAH) təbliğat, informasiya və hərbi media qərargahı yayıb.

Ərəb mediasının yazdığına görə, bəzi faktlar göstərir ki, sionist İsrail rejimi Livanın İslami Müqavimət Hərəkatının (HİZBULLAH) şimal cəbhəsində hərbi gücünün çoxalmasından və Cövlan təpəliklərini fəth etmək qərarından çox narahatdır. Və İsrail bilir ki, Seyid Həsən Nəsrullah "ey İsrail cəsarət və cürət etsəniz, peşiman olacaqsınız" deyirsə, doğru deyir. Elə İsrailin də 2006-cı ildən sonra Livan əleyhinə heç bir hərbi addım atmamasının səbəbi də budur. Çünki yəhudilərin 80 faizi öz hakimiyyətlərinin deyil, Seyid Həsən Nəsrullahın dediklərinə inanırlar və öz hökumətlərinə etibar etmirlər.

http://iqna.ir/fa/news/3769001

Ad:
E-poçt:
* Comment:
* captcha: