IQNA

14:31 - December 03, 2018
Xəbər sayı: 3484281
UNESCO-nun Fransanın paytaxtı Parisdə yerləşən qərargahında təşkil edilmiş sərgidə Çində çap edilən Qurani-Kərim nüsxələri ümumi kütlə üçün nümayiş olunur.

Çində çap olunan Quranlar UNESCO-da sərgilənəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, UNESCO-nun Fransanın paytaxtı Parisdə yerləşən qərargahında təşkil edilmiş sərgidə Çində çap edilən Qurani-Kərim nüsxələri ümumi kütlə üçün nümayiş olunur.

UNESCO-nun (Birləşmiş Millətlər Təşkilatının nəzdindən fəaliyyət göstərən Mədəniyyət, Elm və Təhsil Təşkilatı)  Fransanın paytaxtı Parisdə yerləşən qərargahında düzənlənən sərgidə Çində çap edilən Qurani-Kərim nüsxələri, Vyanada hazırlanmış məscid çırağları, İran İslam Respublikasına aid olan üzərinə Həzrət Məryəmin (s) barəsində rusca təriflər yazılmış xalça və həmçinin Asiya, Çin və Orta Şərq ölkələrinin dini və mədəni simvolları ümumi nümayişə çıxarılıb.

"Mədəniyyətlərin dialoqu şurası" devizi ilə keçirilən bu sərgi Dekabr ayının 14-dək UNESCO-nun qərargahında və daha sonra isə Parisin "Ərəb dünyası müəssisəsi"ndə Mart ayının 20-dək davam edəcəkdir.

UNESCO-nun bu sərgisinə gələcəkdə Almaniya, İspaniya, Avstriya, Türkiyə, İngiltərə və Amerika da evsahibliyi edəcəkdir.   

http://iqna.ir/fa/news/3768959

نمایش قرآن‌های چاپ چین در سازمان يونسکو

Teqlər: iqna ، yunesko ، UNESCO ، BMT ، sərgi ، Çin
Ad:
E-poçt:
* Comment:
* captcha: