IQNA

10:18 - December 04, 2018
Xəbər sayı: 3484287
Almaniyanın paytaxtı Berlin şəhərində "din, emosional, mənəvi və duyğusal elm: 18-ci əsrdən 20-ci əsrədək dini və mənəvi mərifət (bilik) sistemləri" adlı seminar keçiriləcək.

Berlində İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın paytaxtı Berlin şəhərində "din, emosional, mənəvi və duyğusal elm: 18-ci əsrdən 20-ci əsrədək dini və mənəvi mərifət (bilik) sistemləri" adlı seminar keçiriləcək.

2019-cu ilin yayında, İyun ayının 20 və 21-də keçiriləcək bu iki günlük seminar Almaniyanın "Max-Planck" müəssisəsinin təşəbbüsü ilə Berlinin Dahlem rayonunun "Harnack-Haus" mədəniyyət mərkəzində keçirilir.

Almaniyanın "Max-Planck" müəssisəsi bütün tələbələri, araşdırmaçıları və mədəni və ictimai elmlər müəllimlərini öz məqalələri ilə bu seminarda iştirak etmək üçün dəvət edib.

Bu iki günlük seminarda din və mənəviyyat arasında rabitə tədqiqatları, bu araşdırmaların dinlərin inkişafında rolu, mənəviyyat və emosiyaların din əsasında formalaşması, duyğuların dindən təsirlənməsi, duyğusal biliklərin böhranlar nəticəsində dəyişməsi, insanların dinlərin duyğusal bilik olaraq insanın dərkində təsirini öyrənməsi və bu barədə məlumatlarının çoxaldılması, din və iqtisadiyyat, din və elm, din və siyasət, din və səmimiyyət, din və nifrət və qorxu və sair bu kimi mövzular müzakirə ediləcəkdir.

Seminarda 18-ci əsrdən indiyədək dini biliklərin dünya səviyyəsində, xüsusi ilə də Avropda cəmiyyətdəki təsirinə aid bütün məsələ və mövzulara toxunulacaqdır.

Qeyd edək ki, seminar İngilis dilində olacaqdır. Seminarda iştirak etmək pulsuzdur. Almaniyaya səfər etmək və Berlində qalmaq xərcləri iştirakçılara ödəniləcəkdir.

Seminarda iştirak etmək istəyənlər öz məqalələrinin xülasəsini (300 sözdən ibarət) adademik təhsillərini təsdiqləyən sənədlərlə birlikdə cari ilin Dekabr ayının 31-dək Almaniyanın "Max-Planck" müəssisəsinə göndərə bilərlər.

Almaniyanın "Max-Planck" müəssisəsinin məsulları seminar üçün seçilən məqalələrin müəllifləri ilə 2019-cu ilin Yanvar ayının sonunadək əlaqə saxlayacaqlar. Məqaləsi seminar üçün qəbul edilən müəlliflər isə May ayının 15-dək məqalələrinin kamil nüsxəsini seminarın keçirilməsi komitəsinə təhvil verməlidirlər.

Seminar barədə daha çox məlumat əldə etmək üçün qarşıdakı linkdən öyrənə bilərsiniz: "Din, emosional elm" seminarı          

  

 http://iqna.ir/fa/news/3769324  

Ad:
E-poçt:
* Comment:
* captcha: