IQNA

10:52 - December 04, 2018
Xəbər sayı: 3484288
Əlcəzayirin Milli Quran Həftəsinin 20-ci proqramının açılış mərasimində ölkənin Qurani, dini, mədəni, siyasi şəxsiyyətləri, diplomatik heyətlərin nümayəndələri və dövlət məsulları iştirak ediblər.

Əlcəzayirdə Milli Quran Həftəsi başladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əlcəzayirin qərbində yerləşən Vəhran əyalətində ölkənin Milli Quran Həftəsinin 20-ci proqramı öz işinə başlayıb.

Əlcəzayirin Milli Quran Həftəsinin 20-ci proqramı ölkənin prezidentinin xüsusi dəstəyi və Dini İşlər və Vəqflər Nazirliyinin təşəbbüsü ilə keçirilir.

Əlcəzayirin Milli Quran Həftəsinin 20-ci proqramının açılış mərasimində ölkənin Qurani, dini, mədəni, siyasi şəxsiyyətləri, diplomatik heyətlərin nümayəndələri və dövlət məsulları iştirak ediblər.

Əlcəzayirin prezidenti Əbdüləziz Butəfliqənin açılış mərasiminə göndəriyi ismarıc ölkənin Vəqflər Naziri tərəfindən qiraət edilib. İsmarıcda vurğulanır: Əlcəzayir bu gün dövlətin əsas konstitusiyasının əsasını təşkil edən milli birlik və sülh nizamnaməsinin bəhrəsini görür. Ölkənin istedadlı şəxslərinin dövlətçiliyə vəfalı olması sayəsində cəmiyyətdə məzhəbi bölünmənin və düşmənçiliyin yayılmasının qarşısı alındı.

O əlavə edib: Bizim övladlarımız da gərək, boş-boş mübahisə və şübhəli çəkişmələrdən uzaq olsunlar, ölkədə Quran və Sünnə əsasında güclü dini mərcəiyyəti quran və orta yolu təsis edən babalarını tanısınlar və tarixlərini unutmasınlar.

Qeyd edək ki, Əlcəzayirin "Milli Quran Həftəsi"nin 20-ci proqramı çərçivəsində Qurani-Kərimin hifzi və təfsiri üzrə 45 iştirakçı yarışlar və "Qurana vəfa" adlı seminar keçiriləcək.       

http://iqna.ir/fa/news/3769387  

Ad:
E-poçt:
* Comment:
* captcha: