İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "dar-alquran.org" informasiya portalına istinadla verdiyi xəbərə görə, İndoneziyanın Cakarta şəhərində yeniyetmələr arasında Qurani-Kərimin hifzi üzrə yarışlar keçirilib.
İraqın Kərbəla şəhərində yerləşən İmam Hüseyn (ə) ziyarətgahının "Darul-Quran" idarəsinin Cakartadakı nümayəndəliyinin təşkil etdiyi bu yarışlarda 42 nəfər rəqabət aparıblar.
İmam Hüseyn (ə) ziyarətgahının "Darul-Quran" idarəsinin Cakartadakı nümayəndəliyinin məsulu Seyid Müəmmər Mihzar bu xəbəri elan edərək deyib: İmam Hüseynin (ə) hərəminin "Darul-Quran" idarəsinin proqramları çərçivəsində keçirilən bu yarışların hədəfi yeniyetmələri Qurani-Kərim yarışlarına hazırlamaq və onlarda Allahın kəlamı ilə ünsüyyət üçün maraq yaratmaqdır.
Seyid Müəmmər Mihzar əlavə edib: İmam Hüseynin (ə) hərəminin "Darul-Quran" idarəsinin bu ölkədə təşkil etdiyi Qurani-Kərimin hifzi və qiraəti yarışlarda indiyədək 300 nəfərdən çox yeniyetmə qız və oğlanlar iştirak etmişdir.
Qeyd edək ki, Rəbiul-Əvvəl ayında Peyğəmbərin (s) mövludu münasibəti ilə təşkil olunan mərasimlər çərçivəsində keçirilən bu yarışlarda 5 yaşından 16 yaşınadək oğlan və qılzar iştirak ediblər. Qurani-Kərimin 5 cüzədək hifzi üzrə keçirilən bu yarışda 42 nəfər rəqabət aparıb.