IQNA

8:12 - December 10, 2018
Xəbər sayı: 3484318
Misrin əl-Əzhər İslam Mərkəzinin "Alimlər Heyəti" və bu mərkəzin İslami Araşdırmalar Birliyi "İslami elmlərdə çağdaşlıq və dinlərarası tolerantlıq" adlı beynəlxalq konfran təşkil edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslam Mərkəzinin "Alimlər Heyəti" və bu mərkəzin İslami Araşdırmalar Birliyi "İslami elmlərdə çağdaşlıq və dinlərarası tolerantlıq" adlı beynəlxalq konfran təşkil edib.

Bu konfrans əl-Əzhər İslam Mərkəzinin rəisi Əhmət Təyyibin rəhbərliyi ilə 2019-cu ilin Aprel-May aylarında keçiriləcəkdir.

Konfransda dünyanın müxtəlif ölkələrinin dini qrumları, dini icmaları, fiqhi təşkilatları, fəqihləri, din alimləri və İslam dünyasının tanınmış şəxsiyyətləri iştirak edəcəklər.

Hərtərəfli elmi strategiyanın tərtib edilməsi və ümmətin oyanışında təsirli olan dini çağdaşlıq mövzusuna aid müxtəlif cəhətlərin araşdırılması bu konfransın əsas hədəflərindəndir.  

Konfransda müxtəlif dini elmlərdə çağdaşlıq, dini mövzularda yeni düşüncələrin qaydaları, meyar və mezanizmləri, təkfirçilik düşüncələrinin məhv edilməsi qaydaları, dini müəssisələrin təbliğatın təşkilatlandırılmasında təsiri, müasir düşüncəli dini təbliğçi yetişdirməyin əsasları və zəruriliyi və İslami təfəkkürün məzhəblər və dinlərarası tolerantlıq məsələsində dünyagörüşü kimi məsələlər müzakirə ediləcəkdir.

Misrin əl-Əzhər İslam Mərkəzinin "Alimlər Heyəti"nin baş katibliyi gələn həftənin Şənbə günündən Fevral ayının 28-dək konfransın keçirilməsi üçün göndərilən elmi araşdırmalar və təklifləri qəbul edəcək və araşdıracaqdır.

http://iqna.ir/fa/news/3770898  

Ad:
E-poçt:
* Comment:
* captcha: