IQNA

Özbəkistan hərbiçiləri Qurana and içəcəklər

8:26 - December 10, 2018
Xəbər sayı: 3484319
Özbəkistanın daxili işlər nazirliyi elan edib ki, ölkənin hərbi akademiyasının məzunları, hərbiçilər və polis işçiləri andiçmə mərasimində Qurani-Kərimə and içəcəklər.

Özbəkistan hərbiçiləri Qurana and içəcəklərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Özbəkistanın daxili işlər nazirliyi elan edib ki, ölkənin hərbi akademiyasının məzunları andiçmə mərasimində Qurani-Kərimə and içəcəklər.

Bu barədə məlumat yayan Özbəkistan Azadlıq radiosu əlavə edib: Özbəkistanın daxili işlər nazirliyi hərbi akademiya məzunlarının Qurani-Kərimə and içməsi ilə bağlı tabeliyində olan idarə və qrumlara tapşırıq göndərib. Bu göstərişə əsasən bundan sonra Özbəkistanın zabit və hərbiçilərinin andiçmə mərasimində Qurani-Kərimə and içiləcək.  

Özbəkistanın prezidenti Şövkət Mirmanoviç Mirzayevin xüsusi əmri əsasında həyata keçirilən bu addım ölkədə fəsadla mübarizə və islahata məqsədi ilə atılmışdır.

Özbəkistan Azadlıq radiosuna müsahibə verən bir polis əməkdaşı vurğulayıb: Hərbiçilərin və polis nəfərlərinin andiçmə mərasimində din alimləri də iştirak edəcəkdir. Onların andiçmə mərasiminə aid işlərin din və şəriət əsasında yerinə yetirilməsinə nəzarət edəcəklər.  

http://iqna.ir/fa/news/3770829  

captcha