IQNA

10:47 - December 12, 2018
Xəbər sayı: 3484334
Kufi xətti ilə yazılmış və miladın 8-ci əsrinin ortalarına aid qədim əlyazma Quran nüsxəsi Özbəkistanın paytaxtı Daşkəntin mədəniyyət sərgisində ümumi sərgiyə çıxarılıb.

Daşkəntdə Kufi xətti ilə yazılmış Quran sərgiyə çıxarıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kufi xətti ilə yazılmış və miladın 8-ci əsrinin ortalarına aid qədim əlyazma Quran nüsxəsi Özbəkistanın paytaxtı Daşkəntin mədəniyyət sərgisində ümumi sərgiyə çıxarılıb.

Daşkəntdə "Özbəkistanın mədəni irsi dünya sərgilərində" adlı beynəlxalq media iclası keçirilməkdədir.

Bu iclas Özbəkistanın Milli Digital Media Birliyinin təşəbbüsü və daxili və xarici müəssisələrin həmkarlığı ilə təşkil edilib.

İclasın çərçivəsində Teymurilər Tarixi Dövlət Muzeyində sərgi keçirilir. Sərgidə "Böyük Lanğar Quranı" adlanan, Kufi xətti ilə indək dərisi üzərinə yazılmış və miladın 8-ci əsrinə aid qədim əlyazma Quran nüsxəsi də nümayiş olunur.

Bu qədim Quran nüsxəsinin 81 səhifəsi Rusiyanın Elmlər Akademiyasında, 16 səhifəsi isə Özbəkistanın Buxara, Daşknt və Qəşqədərya əyalətinin "Katalanğar" kəndində saxlanılır.

Bundan əlavə sərgidə Özbəkistanın mədəni və mənəvi irsi barədə yazılmış "Dünya Sərgilərində Öbəkistanın Mədəni İrsi" kitabı (13 cild), "Duvanul-Hüseyn" əsərinin qədim və nadir əlyazma nüsxəsi, "Zəfərnamə", "Meracnamə", "Bustanut-Təharət" və "Mülahizati Əmir Teymur" adlı əsərlər nümayişə çıxarılıb.

http://iqna.ir/fa/news/3771732

Teqlər: iqna ، özbəkistan ، daşkənt ، sərgi ، quran
Ad:
E-poçt:
* Comment:
* captcha: