IQNA

11 ilin zəhməti öz barını verdi;
15:50 - December 16, 2018
Xəbər sayı: 3484357
Bu gün fəqih, araşdırmaçı və Quran təfsirçisi Höccətul-İslam vəl-Müslimin Mustafa Brucerdinin qələmə aldığı "ŞƏMS" təfsirinin təqdimat mərasimi İQNA-nın konfrans zalında keçirildi.

ŞƏMS təfsirinin təqdimat mərasimi keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin bazar günü, 16 Dekabr 2018-ci il, fəqih, araşdırmaçı və Quran təfsirçisi Höccətul-İslam vəl-Müslimin Mustafa Brucerdinin qələmə aldığı "ŞƏMS" təfsirinin təqdimat mərasimi İQNA-nın konfrans zalında keçirildi.

Höccətul-İslam vəl-Müslimin Mustafa Brucerdinin 11 illik zəhmətinin bəhrəsi olan bu əsər 10 cilddə çap və nəşr edilib.

Qum şəhərinin "BUSTANE Ketab" nəşriyyatının çap və nəşr etdiyi bu əsərin elmi redaktoru Əbufəzl Təriqədardır.

İmam Həsən Əskərinin (ə) mübarək mövlud günü keçirilən mərasimdə İran İslam Respublikasının xarici işlər nazirinin siyasi işlər üzrə müavini Abbas Əraqçi, İİR-nın Milli Elmlər Akademiyasının elmi heyətinin rəisi Ayətullah Seyid Mustafa Mühəqqiq Damad, İslami Təbliğat və Əlaqələr Təşkilatının mədəni işlər üzrə müavini Seyid Məhəmməd Hüseyn Haşimi, İİR-nın Milli Kitabxana və Sənədlər Təşkilatının rəisi Əşrəf Brucerdi, Milli Kitabxananın baş müşaviri Məhəmmədrza Nurullahian, "İttilaat" qəzetinin məsul müdiri Höccətul-İslam Seyid Məhmud Duayi, "Universitet Cihadı" təşkilatının mədəni işlər üzrə müavini İsa Əlizadə və "Universitet Cihadı" təşkilatının İQNA-dakı məsulu Əlirza Zücaci iştirak ediblər. http://iqna.ir/fa/news/3772700

رونمایی از تفسیر «شمس» در خبرگزاری ایکنا  

Ad:
E-poçt:
* Comment:
* captcha: