IQNA

9:44 - December 22, 2018
Xəbər sayı: 3484398
Fələstin İnsan Hüquqları Mərkəzinin məlumatına görə, İsrail qüvvələrinin gülləbaranında 115 mülki şəxs də yaralanıb. Onlar arasında 21 uşaq, 2 qadın, 2 jurnalist və 3 tibb işçisi var.

Dünən Qəzzada Böyük Qayıdış yürüşündə növbəti qətliam yaşanıbİQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə, dünən Qəzza zolağında İsrailin işğalçılıq siyasətinə və blokadaya qarşı növbəti etiraz nümayişi keçirilib. Qəzzanın ayırıcı çəpərinin qarşı tərəfində mövqe tutmuş işğalçı rejim qüvvələrinin açdığı atəş və gözyaşardıcı qaz qumbaraları nəticəsində 3 nümayişçi həlak olub, yüzdən çox insan yaralanıb.

Felestin.info Fələstin İnformasiya Mərkəzinə istinadla xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik rəsmisi Əşrəf Qidra həlak olanların şəxsiyyətini aşağıdakı kimi açıqlayıb: 40 yaşlı Mahir Ətiyyə Yasin. Qəzzanın Nüseyrət qaçqın düşərgəsindən olan Mahir əl-Bureyc qaçqın qəsəbəsi yaxınlığında güllələnərək həlak olub. O, fiziki qüsurlu olub. Həlak olan ikinci şəxs 28 yaşlı Əbdüləzim İbrahim Əbu Şəriədir. Qəzzanın Səbra məntəqəsindən olan İbrahim qarın nahiyəsindən güllələnib. İsrailli snayeperin boyun nahiyəsindən güllələyərək qətlə yetirdiyi üçüncü şəxs 16 yaşlı yeniyetmə Məhəmməd Muin əl-Cəhcuhdur.

Fələstin İnsan Hüquqları Mərkəzinin məlumatına görə, İsrail qüvvələrinin gülləbaranında 115 mülki şəxs də yaralanıb. Onlar arasında 21 uşaq, 2 qadın, 2 jurnalist və 3 tibb işçisi var.

Bildirək ki, bu il martın 30-dan başlamış Böyük Qayıdış yürüşləri zamanı işğalçı İsrail rejim qüvvələri 239 fələstinlini qətlə yetirib, onların 44-ü uşaq, 5-i qadındır. Ümumilikdə 25 700 nəfər isə yaralanıb.

Teqlər: fələstin ، israil
Ad:
E-poçt:
* Comment:
* captcha: