IQNA

9:56 - December 23, 2018
Xəbər sayı: 3484400
Çin dövləti Sincanda yaşayan uyğur müsəlmanların dil bilməməsini onların həbs edilməsinə səbəb kimi göstərərək vurğulayıb: Çin bu şəxslərə görə terrorizm təhlükəsi ilə üzləşə və təhdid edilə bilər.

Pekin: Uyğur müsəlmanlar Çin üçün təhlükədirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çin dövləti Şərqi Türküstanda (Sincan) yaşayan uyğur müsəlmanların Çin dilini bilməməsini onların həbs edilməsinə səbəb kimi göstərərək vurğulayıb: Çin bu şəxslərə görə terrorizm təhlükəsi ilə üzləşə və təhdid edilə bilər.

İndoneziya dölvlətinin Çində yaşayan müsəlman uyğurların vəziyyəti ilə bağlı həyacan təbili çalması və bu barədə Pekindən izah istəməsindən sonra Çinin Cakartadakı səfiri deyib: Uyğurların Çin dilini öyrənə bilməməsi onların terrorizmə meyillənməsinə səbəb olur.

Çinin Cakartadakı səfiri əlavə edib: Uğurlar Çin dilini və peşə öyrənmək üçün xüsusi düşərgələrdə saxlanılırlar. Çin Sincan regionunda radikalizm təhlükəsi ilə üz-üzədir. Çin müxtəlif din və tayfalardan ibarət bir ölkədir. Dövlətin konstutisiyası da əqidə azadlığını bəyan edir.  

Qeyd edək ki, İndoneziya Sincanda yaşayan uyğur müsəlmanların vəziyyəti ilə bağlı nigaranlığını elan etmiş və bu barədə Çin səfirindən açıqlama tələb etmişdi.  

İndoneziyanın Dini İşlər İdarəsinin rəisi Loqman Həkim Seyfuddin elan etmişdi ki, beynəlxalq cəmiyyətlər Sincanda yaşayan uyğur müsəlmanların vəziyyəti ilə bağlı nigarandırlar və Çin dövləti bu barədə açıqlama verməlidir.    

http://iqna.ir/fa/news/3774289

Ad:
E-poçt:
* Comment:
* captcha: