IQNA

10:56 - December 23, 2018
Xəbər sayı: 3484403
Qurani-Kərimin Elmi Ecazkarlığı ilk beynəlxalq konfransı İraqın Əhli-Sünnə Fondları (vəqflər) İdarəsinin təşəbbüsü ilə Bağdad şəhərinin "Ümmul-Qura" came məscidinin toplantı salonunda keçiriləcəkdir.

Bağdad Quran ecazkarlığı toplantısına evsahibliyi edəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qurani-Kərimin Elmi Ecazkarlığı ilk beynəlxalq konfransı gələn ilin Fevral ayının 16-da İraqın paytaxtı Bağdad şəhərində keçiriləcək.

Qurani-Kərimin Elmi Ecazkarlığı ilk beynəlxalq konfransı İraqın Əhli-Sünnə Fondları (vəqflər) İdarəsinin təşəbbüsü ilə Bağdad şəhərinin "Ümmul-Qura" came məscidinin toplantı salonunda keçiriləcəkdir.

"Quranın elm əsrində təcəllisi" şüarı ilə keçiriləcək ilk beynəlxalq elmi ecazkarlıq konfransının keçirilməsinə İraqın Əhli-Sünnə Fondları (vəqflər) İdarəsinin rəisi Əllamə Əbdüllətif Həmim nəzarət edəcəkdir.

Ərəb və İngilis dillərində keçiriləcək konfransda Qurani-Kərimin tibb, astronomiya, coğrafiya, təbiətşünaslıq, dənizçilik və digər təbii və humanitar elmi sahələrdə ecazkarlığı məsələsi müzakirə ediləcəkdir.  

http://iqna.ir/fa/news/3774749

 

Ad:
E-poçt:
* Comment:
* captcha: