İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qurani-Kərimin Elmi Ecazkarlığı ilk beynəlxalq konfransı gələn ilin Fevral ayının 16-da İraqın paytaxtı Bağdad şəhərində keçiriləcək.
Qurani-Kərimin Elmi Ecazkarlığı ilk beynəlxalq konfransı İraqın Əhli-Sünnə Fondları (vəqflər) İdarəsinin təşəbbüsü ilə Bağdad şəhərinin "Ümmul-Qura" came məscidinin toplantı salonunda keçiriləcəkdir.
"Quranın elm əsrində təcəllisi" şüarı ilə keçiriləcək ilk beynəlxalq elmi ecazkarlıq konfransının keçirilməsinə İraqın Əhli-Sünnə Fondları (vəqflər) İdarəsinin rəisi Əllamə Əbdüllətif Həmim nəzarət edəcəkdir.
Ərəb və İngilis dillərində keçiriləcək konfransda Qurani-Kərimin tibb, astronomiya, coğrafiya, təbiətşünaslıq, dənizçilik və digər təbii və humanitar elmi sahələrdə ecazkarlığı məsələsi müzakirə ediləcəkdir.
http://iqna.ir/fa/news/3774749