IQNA

Türkiyə prezidentinə "Qübbətus-Səxrə" məscidinin tablosu hədiyyə edildi

6:27 - December 29, 2018
Xəbər sayı: 3484435
Qətərli incəsənətçi özünün hazırladığı "Qübbətus-Səxrə" məscidinin tablosu Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğana hədiyyə etdi.

Türkiyə prezidentinə İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qətərli incəsənətçi özünün hazırladığı "Qübbətus-Səxrə" məscidinin tablosu Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğana hədiyyə etdi.

Qətərli incəsənətçi Əbdüssəlam əl-Qazi Qüds şəhərində yerləşən "Qübbətus-Səxrə" məscidini tablo üzərində 62 kristal parçasından itifadə edərək yaratmışdır.

Əbdüssəlam əl-Qazi deyib ki, müsəlmanlar üçün müqəddəs olan bu məkanın tablosunu yaratmaq üçün 3 ay vaxt sərf etmişdir. O, ümid edir ki, bu tablo xeyriyyə işləri üçün hərraca çıxarılacaq və pulu ilə Fələstinli şəhid ailələrinə kömək ediləcəkdir.

Qətərli incəsənətçi Əbdüssəlam əl-Qazi digər bir tabloda 30 min kristal parçadan istifadə edərək Rəcəb Təyyib Ərdoğanın portretini hazırlamış və bu tablonu Qətər milləti adından ona hədiyyə etmişdir.

Qeyd edək ki, Beytul-Müqəddəsdə olan Əqsa məscidindən sonra "Qübbətus-Səxrə" məscidi İslam memarlığı ilə tikilmiş ən qədim və ən əhəmiyyətli İslami məscidlərdən biridir. Bu məscid Əməvilər hakimiyyəti dövründə tikilmişdir.   

http://iqna.ir/fa/news/3776268

captcha